İsrailin hücumlarında Livanda ölənlərin sayı ARTDI

Son 24 saat ərzində İsrail hərbçilərinin Livanın cənub-şərqində həyata keçirdiyi hücumlar nəticəsində beş nəfər həlak olub, daha 37 nəfər isə yaralanıb.

Referans Media xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib.

Hesabatda qeyd olunur: "Martın 2-də hərbi eskalasiyanın başlamasından bu yana həlak olan livanlıların ümumi sayı 4 359 nəfərə, yaralananların sayı isə 12 362 nəfərə çatıb".

Qeyd edilir ki, tərəflər arasında iyunun 19-da elan edilmiş atəşkəsə baxmayaraq, İsrail Hərbi Hava Qüvvələri günün ikinci yarısında Vadi əs-Süluki və Vadi əl-Hoceyr vadilərində yerləşən yerüstü hədəflərə zərbələr endirib. Həmçinin Tsur şəhərinin ətrafında yerləşən Əl-Mənsuri qəsəbəsinə hava hücumları həyata keçirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki