Sürücülərin nəzərinə!

Sabah yollarda gözlənilən vəziyyət açıqlanıb. 

Referans Media Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, oktyabrın 25-də ölkə ərazisinin bəzi yerlərində yağıntılı və dumanlı hava şəraiti müşahidə olunacaq. 

Proqnozlaşdırılan hava ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin pisləşəcəyi gözlənilir. 

Belə ki, sabah magistral yollarda görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki