Rusiya oliqarxlarının İtaliyada saxlanılan yaxtalarına on milyonlarla avro xərclənir - CNN

İtaliya Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra həbs edilən oliqarxlara məxsus lüks yaxtaların saxlanmasına hər il milyonlarla dollar vəsait ayırır.

Referans Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Xərclərə ekipajın əməkhaqqı, yanacaq, mühafizə, sığorta və texniki xidmət daxildir. Ən bahalı nümunələrdən biri Andrey Melniçenkoya məxsus, 600 milyon dollar dəyərində qiymətləndirilən 142 metrlik “A” yaxtasıdır. Triest limanında saxlanılan gəminin gündəlik xərci təxminən 30 min dollar, illik xərci isə 11 milyon dollardır.


Digər yaxtalar arasında Vladimir Putinlə əlaqələndirilən “Şeherazade”, eləcə də Aleksey Mordaşov və Gennadi Timçenkoya bağlı “Lady M” və “Lena” gəmiləri var. “Şeherazade”nin saxlanmasına indiyədək Toskana vergi ödəyicilərinin 15 milyon dollardan çox vəsaiti xərclədiyi bildirilir.

CNN qeyd edir ki, İtaliya qanunvericiliyi həbs edilmiş gəmilərin lazımi vəziyyətdə saxlanmasını tələb edir. Bununla belə, bəzi yerli rəsmilər oliqarxların yaxtalarının saxlanılması xərclərinin vergi ödəyicilərinin üzərinə düşməsinə etiraz edirlər.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki