Ərdoğan Cənubi Koreyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 1-dən 4-dək Cənubi Koreyada səfərdə olacaq.

Referans Media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.

Ərdoğan Cənubi Koreya Prezidenti Li Çje Myonun dəvəti ilə Seula səfər edəcək.

Liderlərin və nümayəndə heyətlərinin rəsmi danışıqları noyabrın 3-də nəzərdə tutulub. Tərəflər iki ölkə arasında strateji tərəfdaşlığın bütün aspektlərini müzakirə edəcək, həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Duranın sözlərinə görə, səfər çərçivəsində ikitərəfli münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsinə yönəlmiş bir sıra sənədlərin imzalanması da planlaşdırılır.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki