Rusiya Ukraynada yataqxanaya zərbə endirdi: Ölənlər arasında uşaq da var

Rusiya ordusunun noyabrın 1-də Ukraynanın Vinnitsa vilayətinin Kozyatin yaşayış məskəninə endirdiyi zərbə nəticəsində 13 yaşlı qız da daxil olmaqla iki nəfər həlak olub.

Referans Media xəbər verir ki, bu barədə Vinnitsa Vilayət Hərbi Administrasiyasının rəhbəri Natalya Zabolotnaya məlumat verib.

Hücum zamanı daha dörd nəfər, o cümlədən 5 yaşlı iki uşaq və 16 yaşlı yeniyetmə yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta ağır qiymətləndirilir. 24 yaşlı kişi isə yüngül xəsarət alıb.


Məlumata görə, zərbə peşə məktəbinin yataqxanası ilə təhsil müəssisələrindən birinin arasına düşüb. Yataqxananın ərazisində avtomobillər yanıb. Hadisə yerində müvafiq xidmətlər işləyir.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki