Beşiktaş akademiyasından yetişən və mövsümün əvvəlində İtaliya Seria A təmsilçisi Kalyariyə icarəyə verilən Semih Kılıçsoy, son iki matçda qazandığı uğurla diqqət mərkəzinə düşüb. İtalyan klubu gənc hücumçu üçün qərarını verdi.
Referans Media xəbər verir ki, Beşiktaşdan Kalyariyə icarəyə göndərilən Semih Kılıçsoy, ilk aylarda az şans qazansa da, son dönəmdə fürsətlərini yaxşı qiymətləndirdi. Gənc hücumçu, son iki matçda ilk 11-də meydana çıxaraq hər iki görüşdə fərqlənməyi bacardı.
İtaliyadakı ilk qolunu Pisa-ya qarşı vuran Semih, şənbə günü keçirilən Torino matçında da əla bir qola imza ataraq komandasına qələbəni qazandırdı.
Semih Kılıçsoy son iki oyunda 2 qol vurmaqla Kalyari rəhbərliyini hərəkətə keçirdi. İlk dövrlərdə adaptasiya və oynamaqda çətinlik çəkən gənc hücumçunun inkişafından razı qalan klub, icarə müqaviləsindəki opsiyanı istifadə etmək qərarına gəldi.
Semih Kılıçsoy-un müqavilə şərtləri
Mövsüm əvvəlində Beşiktaşdan Kalyariyə icarəyə verilən Semih Kılıçsoyun satın alma opsiyası 12 milyon avro olaraq müəyyənləşdirilmişdi. Həmçinin, Beşiktaşın növbəti satışdan 20% pay hüququ saxlanılıb.
20 yaşlı hücumçunun Beşiktaşla müqaviləsi 2028-ci ilə qədər davam edir.























