Keçmişin QORXULU XƏSTƏLİYİ geri qayıtdı - Minlərlə…

Qızılca bir vaxtlar dünyada ən ölümcül virus infeksiyalarından biri hesab olunurdu. Çoxsaylı ölüm və qalıcı sağlamlıq problemlərinə yol açan xəstəlik peyvəndləmə sayəsində nəzarət altına alınmışdı. Lakin rəsmi məlumatlara görə, 2026-cı ilin payızına olan vəziyyətə əsasən, qızılcaya yoluxma hallarının sayı minləri keçib.

Referans Media xəbər verir ki, son dövrlərdə yoluxmaların artmasına diqqət çəkən İnfeksion xəstəliklər üzrə mütəxəssis Nurullah Dikmen qızılcadan sonra yarana bilən yarımkəskin sklerozlaşdırıcı panensefalit (SSPE) ağırlaşmasının uşaqlarda beyin fəaliyyətini sıradan çıxara və geri dönməz zədələrə səbəb ola biləcəyini bildirib.

Həkimin sözlərinə görə, qızılca hallarının artması peyvəndləmə sahəsində problemlərin olduğunu göstərir. Əvvəllər xəstəliyə qarşı genişmiqyaslı peyvənd kampaniyaları keçirildiyini və qızılcanın kökünün kəsilməsinin mümkün göründüyünü deyən Dikmen son illərdə peyvənd əleyhdarlığının, xüsusilə də insanların peyvənddən imtina etməsinin vəziyyəti çətinləşdirdiyini vurğulayıb.

Mütəxəssis xəstəliyə sadəcə dəri səpkisi kimi yanaşmağın düzgün olmadığını, onun ciddi və qalıcı fəsadlar törədə biləcəyini qeyd edib.

Dikmen qızılcanın hazırda çox sürətlə yayılan infeksiya olduğunu bildirib. Onun sözlərinə görə, virus eyni vaxtda yüzlərlə insana keçə bilər. Xəstə ilə eyni otaqda olmaq, onun yaxınlığında dayanmaq belə yoluxma üçün kifayət edə bilər. Buna görə də qızılca yüksək yoluxuculuq qabiliyyətinə malik xəstəlikdir./Musavat.com

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki