backend

Kəlbəcərdə yanğın oldu

Kəlbəcərdə açıq ərazidə yanğın olub. 

Referans Media xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə rayonun Qalaboynu kəndi istiqamətində baş verib. Məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.Havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki