image-kim-cen66backend

Kim Çen Indan İsrailə NÜVƏ hədəsi

Şimali Koreya lideri Kim Çen In İsraili nüvə zərbəsi ilə hədələyib. Musavat.com xəbər verir ki, Kim Çen In deyib: “Əgər İran süqut etsə və ya ABŞ Tehrana hücuma daha geniş miqyasda və uzun müddətli hücum etsə, biz Təl-Əvivə nüvə hücumu edəcəyik”.

Koreya diktatoru belə bir addımı atarmı, yoxsa hərbə-zorba gəlir? Bu hədə real təhlükədən xəbər verir, yoxsa ABŞ-yə, İsrailə psixoloji təzyiq məqsədilə verilmiş bəyanatdır? Axı, İsrailin də nüvə silahı var…

Referans Media  xəbər verir ki ,Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, Kim Çen Inın bəyanatı ilk baxışda çox sərt və təhlükəli görünür: “Amma belə açıqlamaları qiymətləndirərkən bir neçə mühüm geosiyasi faktoru nəzərə almaq lazımdır. Şimali Koreya qitələrarası ballistik raketlərə malikdir. Bu baxımdan İsrailə çatacaq məsafə texniki olaraq mümkündür. Lakin bu cür hücum ABŞ-nin dərhal və çox sərt cavabı deməkdir. İsrail də nüvə silahına malik ölkədir. Rəsmi təsdiq etməsə də, beynəlxalq konsensus bunu qəbul edir. İsrailə hücum faktiki olaraq ABŞ-yə hücum kimi qiymətləndirilər. Bu isə Şimali Koreyanın rejimi üçün intihar xarakterli nəticələr doğura bilər.
Odur ki, İsrailə nüvə zərbəsi praktiki baxımdan son dərəcə aşağı ehtimallıdır”.

Ekspert hesab edir ki, Kim Çen In-ın bəyanatının məqsədi psixoloji və siyasi mesajdir: “Şimali Koreya tez-tez maksimalist və təhdidkar ritorikadan istifadə edir. İndiki bəyanat da bu qəbildəndir və ABŞ-yə qarşı çəkindirici mesajdır, İranla həmrəylik nümayişidir, qlobal gündəmdə diqqət çəkmək vasitəsidir. Şimali Koreya liderinin bu sərt bəyanatı səsləndirməsinin arxasında Çin və ya Rusiyanın istəyinin dayandığı da istisna deyil”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki