Kim Çen Indən sərt xəbərdarlıq: Bu addım müharibə elanı sayılacaq

Şimali Kore lideri Kim Çen In nüvə silahlarının istehsalında istifadə olunan materialların hazırlanması üçün inşa edilən yeni müəssisəyə baş çəkib. O, ölkəsinin nüvə potensialının həm kəmiyyət, həm də keyfiyyət baxımından dəfələrlə artırılması barədə göstəriş verib.

Referans Media xəbər verir ki, Şimali Koreyanın rəsmi KCNA agentliyinin məlumatına görə, Kim Çen In noyabrın 25-də yeni nüvə materialları istehsalı müəssisəsini, nüvə avadanlıqları zavodunu və Nüvə Silahları İnstitutunu ziyarət edib.

O, taktiki nüvə silahlarının müxtəlif hərbi əməliyyatlarda istifadəsinə dair işlərin sürətləndirilməsini də tapşırıb.

Kim Çen In ölkəsinin nüvə dövlət statusundan imtina etməyəcəyini vurğulayıb. O bildirib ki, bu statusun ləğvinə yönələn istənilən cəhd müharibə elanı kimi qiymətləndiriləcək.

Şimali Koreya lideri ABŞ-ni də Şimal-Şərqi Asiyada nüvə silahlarının yayılmasını təşviq etməkdə ittiham edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yaxın vaxtlarda Kim Çen Inla yenidən görüşmək istədiyini açıqlasa da, Pxenyan bu təklifə hələlik açıq cavab verməyib.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki