Kolumbiyada məktəb avtobusu uçurumdan aşdı: 17 ölü, 20 yaralı

Kolumbiyanın şimalındakı Sucre bölgəsində, Tolu şəhərində bir məzuniyyət mərasimindən qayıdan məktəb avtobusu uçurumdan aşıb. Hadisə nəticəsində 1 sürücü və 16 şagird həyatını itirib, 20 nəfər yaralanıb.

“Referans MEDİA”nın məlumata görə, Medellin şəhərində yerləşən Antiqueno Liseyinin şagirdləri məzuniyyətlərini qeyd etmək üçün Tolu şəhərinə səfər etmişdilər. Qayıdış zamanı Remedios yaxınlığında avtobus nəzarətdən çıxaraq uçurumdan yuvarlanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki