“Kontakt” mağazalar şəbəkəsi Qafqaz regionunda bir ilkə imza ataraq Avropanın ən böyük elektronika ittifaqı – “Euronics”in rəsmi tərəfdaşı seçildi. İttifaqa üzvlük yerli bazarda lider mövqeyə sahib, rəsmi və keyfiyyətli dünya brendləri ilə partnyorluq edən, həmçinin müştəri yönümlü fəaliyyət prinsiplərinə əsaslanan şirkətlərə təqdim olunur.
“Euronics”lə əməkdaşlıq “Kontakt”a Avropa təcrübəsini ölkə bazarında tətbiqetmək, eyni zamanda öz bilgi və yanaşmalarını beynəlxalq platformada bölüşməkimkanı yaradır. Artıq kontakt.az saytında “Euronics nişanı” da bu əməkdaşlığırəsmi şəkildə əks etdirir.
Müştərilər üçün hansı üstünlüklər var?
“Euronics” üzvlüyü sayəsində “Kontakt” daha geniş məhsul seçimi, sərfəlişərtlər, eləcə də xidmət və dəstək sahəsində əlavə güclənmə fürsətləri əldə edir.“Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadə bu partnyorluğubelə dəyərləndirir:
“Müştəri xidmətlərinə Avropa dəyəri qatmaq bizim üçün həm məsuliyyətli, həm dəhəyəcanverici bir mərhələdir. Qürurla deyə bilərik ki, bu gündən müştəri mərkəzliyanaşmamız Avropa təcrübəsi ilə daha da möhkəmlənir”.
“Euronics” – Avropanın 37 ölkəsində, 7000-dən çox müstəqil mağazanı bir çətiraltına toplayan və etibarlı texnologiyanı geniş istehlakçı auditoriyasına çatdıranpərakəndə güclərin birləşdiyi bir mərkəzdir. Bu qlobal təşkilatın əsas missiyası isəelektronika məhsullarını rəsmi və keyfiyyətli təchizatçılardan yüksək xidmətsəviyyəsi ilə təmin etməkdir.
“Kontakt” – Azərbaycanda 50-dən çox mağaza və 100-dən artıq beynəlxalqbrendin rəsmi partnyorluğu ilə illərdir regionda öz liderliyini qoruyub saxlayır.Üstəlik, ölkə sərhədlərini aşan şəbəkə Gürcüstanda 4 mağaza olaraq fəaliyyətgöstərir və ilsonuna kimi fəaliyyət zonalarını bir qədər də genişləndirməyihədəfləyir.
