Körpü qəfil çökdü: Ölənlər var –VİDEO backend

Körpü qəfil çökdü: Ölənlər var –VİDEO 

  Hindistanın Qucarat ştatının Vadodara rayonunda Gambhira körpüsünün bir hissəsi çöküb.

Referans  NDTV-yə istinadən xəbər verir ki, nəticədə Mahisagar çayına dörd nəqliyyat vasitəsi aşıb və azı doqquz nəfər həyatını itirib.

Hadisə səhər saatlarında, hərəkətin pik zamanında baş verib. Belə ki, 40 il əvvəl inşa edilən körpünün mərkəz hissəsinin dağılması sözügedən faciəyə səbəb olub.

Rəsmilərin verdiyi məlumata görə, çaya düşən üç nəfər xilas edilib.

Yerli sakinlər bildiriblər ki, körpü uzun müddətdir qəzalı vəziyyətdə olub və dəfələrlə təmir üçün müraciət etsələr də, bu çağırışlara məhəl qoyulmayıb.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır, xilasetmə işləri isə davam edir.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki