“Kurtlar Vadisi” serialı ilə bağlı son xəbər izləyiciləyi həyəcanlandırıb.
Referans xəbər verir ki, bu barədə serialda “Pala” obrazını canlandıran Yüksel Arıcı danışıb.
“Pala pis xarakter idi, amma çox sevilirdi. Biz dostlarla oturarkən belə bir fikrə gəldik ki, bu personaj haqqında film çəkək, amma fərqli hekayəsi olsun. Hazırda layihənin hazırlanma mərhələsindəyik”, – deyə aktyor bildirib.
Tamaşaçılar sözügedən fikirləri “Kurtlar Vadisi” geri qayıda bilər” kimi şərh ediblər. Onlar hekayənin oxşar sujet xəttində davam edəcəyini düşünüblər.