Latviyanın baş naziri Evika Silinya istefa verib.
Referans Media axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkənin LSM dövlət teleradio portalı məlumat yayıb.
Məlumata görə, baş nazirin parlament qarşısında bəyanat verməsi gözlənilirdi, lakin o Nazirlər Kabinetində mətbuat konfransı təşkil edib.
Qeyd edək ki, ölkədə hökumət böhranı müdafiə naziri Andris Sprudsun istefasından sonra başlayıb. Müdafiə nazirinin istefası isə Silinyanı dəstəkləyən siyasi tərəfdaşların baş nazirə artıq etimad göstərmədiklərini bəyan etmələrinə səbəb olmuşdu.
