image-lucescu_445e03babe_ampbackend

Luçeskunun ölümündən sonra ortaya çıxan təsadüf hamını kövrəltdi

Türk futbolunda iz qoymuş məşhur rumıniyalı məşqçi Mirça Luçesku 80 yaşında vəfat edib. Onun ölümü futbol ictimaiyyətində böyük kədər yaradıb. Uzun illər Türkiyədə çalışan və bir çox uğurlara imza atan təcrübəli mütəxəssisin həyat hekayəsində isə diqqət çəkən bir təsadüf üzə çıxıb.

Referans Media xəbər verir ki, Türkiyə futbolu ilə sıx bağlı olan Luçesku karyerası ərzində həm Qalatasaray, həm də Beşiktaş ilə çempionluq yaşayıb, daha sonra isə Türkiyə milli futbol komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. O, Türkiyədə qazandığı uğurlarla azarkeşlərin yaddaşında xüsusi yer tutub.

Maraqlı məqamlardan biri isə məşqçinin karyerasının son rəsmi oyunu ilə bağlıdır. Bildirilir ki, Luçeskunun məşqçi kimi son matçı məhz Türkiyə millisinə qarşı baş tutub. Bu fakt onun həyat yolunun Türkiyə ilə necə sıx bağlı olduğunu bir daha göstərir.

Luçesku Türkiyədə işlədiyi dövrdə yalnız qazandığı titullarla deyil, həm də futbol fəlsəfəsi və taktiki yanaşması ilə yadda qalıb. O, tez-tez “Türkiyə mənim ikinci evimdir” sözlərini işlədərək bu ölkəyə olan bağlılığını ifadə edirdi.

Təcrübəli mütəxəssis geridə zəngin futbol irsi, qazanılmış kuboklar və milyonlarla azarkeşin hörmətini qoyaraq dünyasını dəyişib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki