Malayziyada 16 yaşdan aşağı şəxslərin sosial media hesabı açmasının qarşısını almağı hədəfləyən yeni qayda qüvvəyə minib.
Yeni tələblərə əsasən, Facebook, Instagram, TikTok və YouTube kimi platformalar yaş təsdiqləmə sistemi tətbiq etməlidir. Qaydanın mərhələli şəkildə həyata keçirilməsi üçün şirkətlərə keçid müddəti veriləcək.
Təxminən 8 milyon istifadəçini əhatə edən qərarın məqsədi yeniyetmələri zərərli məzmundan qorumaqdır. Tələblərə əməl etməyən sosial media şirkətləri 2,5 milyon dollara qədər cərimələnə bilər.
Qeyd edək ki, bu sahədə ilk addımı 2025-ci ildə Avstraliya atıb. İndoneziya da oxşar məhdudiyyət tətbiq edib, bir sıra Avropa ölkələri isə analoji tədbirlərə hazırlaşır.
