Mbappe Azərbaycana qarşı oynayacaq? – Deşam açıqladı

  Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi “Real”ın 26 yaşlı hücumçusu Kilian Mbappenin səhhəti haqda danışıb.

Referans xəbər verir ki, “RMC Sport” Deşamın sözlərini sitat gətirib:

“Onunla danışdım. Kiçik bir problemi var, lakin onun gəlməsinə heç nə mane ola bilməz. Biz tibbi heyətlə vəziyyəti qiymətləndirmək üçün vaxt ayıracağıq, sonra işlərin necə inkişaf edəcəyini görəcəyik”..//publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki