“Məndən çox dəstək olan olmayıb” – Könül Kərimovadan narazılıq

Əməkdar artist Könül Kərimova gənc müğənnilərlə bağlı narazılığını dilə gətirib.

Referans Media xəbər verir ki, sənətçi “İncə səhər” proqramında qonaq olarkən bu mövzuya toxunub. O, karyerası ərzində bir çox gənc ifaçıya təmənnasız kömək etdiyini, hətta öz mahnılarını da onlarla bölüşdüyünü deyib.

Kərimova bildirib ki, göstərdiyi dəstəyə baxmayaraq, bəzi gənc müğənnilər zaman keçdikcə ona qarşı diqqətsiz davranırlar. Sənətçi bunun qarşılığında maddi və ya başqa bir gözləntisinin olmadığını, sadəcə, kiçik bir diqqətin belə onun üçün əhəmiyyət daşıdığını vurğulayıb: pizza mizza

“Düzgün səmtdə deyillər. Gənclərə məndən çox dəstək olan olmayıb. Bir məqam gəlir, görürsən, yox. Çox heyf ki, unudurlar. Bir az etik qaydalar var. Nəsə edəndə qarşılıq ummuram, amma balaca diqqət istəyirəm. Gənclərə mahnılarımı da vermişəm. Bəzən şairələr narazılıq edir. Onlara da xahiş etmişəm ki, dəstək olaq. Özümə borc bilirəm. Onlar isə bəzən yanlış yanaşırlar”. (Yeni Sabah)

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki