Bütün izləyiciləri arzusuna çatdıran həmin səhnə - Video

Türkiyənin məşhur “Sevdan Bir Ateş” serialının yeni bölümündə yayımlanan ilk səhnə sosial şəbəkələrdə gündəm olub.

Referans Media  xəbər verir ki, ekran işinin son bölümündə Leyla obrazı bütün həqiqətləri Mirzaya açıqlayıb. O, vaxtilə özünü başqa şəhərə göndərən şəxsin məhz Mirzanın anası olduğunu etiraf edib.

Gözlənilməz etirafın yer aldığı səhnə tamaşaçılar arasında böyük maraq doğurub. İzləyicilər həmin anın görüntülərini sosial şəbəkə hesablarında paylaşaraq reaksiyalarını bildiriblər.

Qeyd edək ki, serialın baş rollarını Murat Ünalmış və Özge Özacar canlandırır./Musavat.com/


Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki