image-roza7backend

Mərhum Xalq artistinin ailəsində qırğın: Kim kimi ittiham edir?

Mərhum Roza Cəlilovanın ölümündən sonra ailəsində yeni qalmaqal yaranıb.

Referans Media Olay-a istinadən xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Zahid Aslanovun ailəsi məlumat yayıb.

İddia olunub ki, sənətkarın rəsmi sənədlərdə bacısı qızı kimi qeyd olunan Yeganə Aslanova anasının ölümünü qardaşına və ailəsinə xəbər verməyib. Onlar xəbəri digər qohumlarından eşidib və anasının evinə yollanıb. Həmin ərəfədə Y. Aslanova R. Cəlilovanın nəşini məscidə aparıb, ardınca mənzilə qayıdaraq evindən fəxri fərmanları, bəzi əşyaları, o cümlədən evdəki Quranı götürüb.

Y. Aslanova R.Cəlilovanın evində xarici pasportunu unudub. Polis mərhumun oğlunu soruşsa da, onlara “oğlu yoxdur” deyilib. Oğlu saatlar sonra R.Cəlilovanın evinə daxil ola bilib və onun çantası ilə bank kartlarının götürüldüyünü görüb. Prokurorluğa və Səbail rayon Polis idarəsinə şikayət olunub.

3 aydır istintaqdan əlavə: mərhumun nəvəsi Lalə Aslanovanın sözlərinə görə, bibisi Y. Aslanovanın hücümu ilə xəsarət alıb.

Nəsimi rayon Məhkəməsində Y. Aslanova İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib.

Ailə iddia edir ki, Y. Aslanova əslində, R. Cəlilovanın bacısı Lena Cəlilova ilə Aslan Aslanovun qızıdır. O, R. Cəlilovaya sağlığında təqdim olunan mükafatların, fəxri fərmanların özlərinə qaytarılmağını istəyir.

Xatırlatma: Xalq artisti sağlığında qızını brilyantlarını qaytarmamaqda ittiham etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki