image-mbbbbbbbbbbbbackend

Mərkəzi Bank faiz dərəcəsi ilə bağlı qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 23-də uçot faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb.

Referans xəbər verir ki, Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25%, faiz dəhlizinin aşağı həddini 6,25%, faiz dəhlizinin yuxarı həddini isə 8,25% səviyyəsində dəyişməz saxlayıb.

Qeyd edək ki, Mərkəzi Bank ötən ilin mayından indiyə kimi verdiyi qərarlarda uçot dərəcəsini sabit saxlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki