Məşhur müğənnidən sevindirən xəbər - TARİXİ AÇIQLADI

Türkiyəli məşhur müğənni Dərya Uluğ uzun illərdir birlikdə olduğu nişanlısı Asil Gök ilə evlilik hazırlıqlarında son mərhələyə çatdıqlarını açıqlayıb.

Referans Media xəbər verir ki, təxminən 10 illik münasibətlərinin ardından nikah masasına oturmağa hazırlaşan cütlük toy mərasimini bu il keçirməyi planlaşdırır. Dərya Uluğ bildirib ki, ailə üzvləri və yaxın dostlarının iştirakı ilə sadə, lakin xoşbəxt bir mərasim təşkil etmək istəyirlər. Kiprdə səhnə alan sənətçi şəxsi həyatı ilə bağlı sualları cavablandırarkən evlilik qərarını tələsmədən verdiklərini deyib.

"Allahdan bir maneə olmazsa, 2027-ci ilə evli girəcəyik. Yeni ildən əvvəl, qarşıdakı dörd ay ərzində ailəmiz və ən yaxın dostlarımızla birlikdə sadə, amma çox xoşbəxt olacağımız bir toy etməyi planlaşdırırıq", – deyə Dərya Uluğ bildirib.

Müğənni Asil Gökün yeni mahnısı barədə də danışaraq, əsərin uzun hazırlıq prosesindən sonra dinləyicilərlə görüşdüyünü və böyük zəhmətin nəticəsi olduğunu qeyd edib.

Musiqi sektorunda süni intellekt texnologiyalarının artan istifadəsi barədə fikirlərini bölüşən Dərya Uluğ bildirib ki, texnologiya ideya mərhələsində köməkçi ola bilər, lakin sənətin əsasını insan duyğuları və əməyi təşkil edir.

Məşhur sənətçi qeyd edib ki, mahnıların hazırlanması zamanı canlı ifalar, musiqiçilərin zəhməti və uzunmüddətli yaradıcılıq prosesi böyük əhəmiyyət daşıyır.

Dərya Uluğ və Asil Gökün 10 illik münasibətinin toyla nəticələnməsi sənət dünyasında maraqla qarşılanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki