Fransa Prezidenti Emmanuel Makron Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino ilə telefon danışığında dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin özəl investorlara satılması təklifinə qarşı çıxıb.
Referans Media xəbər verir ki, bu barədə “L’Équipe” nəşri məlumat yayıb.
“Makron İnfantinoya bu layihəni bəyənmədiyini və onu dəstəkləmədiyini açıq şəkildə deyib.
Bundan əlavə, Fransa Prezidenti UEFA rəhbəri Aleksander Çeferinlə də telefon danışığı aparıb.
Həmin söhbətdə Makron FİFA-nın kommersiya islahatları məsələsində Çeferinə tam dəstəyini ifadə edib və UEFA-nın mövqeyi ilə həmrəy olduğunu vurğulayıb”, – deyə bildirilib.
İyulun 28-də İnfantinonun dünya çempionatını idarə edəcək ayrıca şirkət yaratmaq və onun səhmlərinin təxminən 20-30 faizini investorlara satmaq planı üzərində işlədiyi barədə məlumat yayılmışdı. Lakin bu təşəbbüs ciddi narazılıqla qarşılandı./Globalinfo.az/
