Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib.
Referans Media “Report”a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb.
Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı bəzi məqamlar dəqiqləşib. Məlum olub ki, Xırdalan şəhər sakini olan kişi həyat yoldaşına xəsarət yetirdikdən sonra özünə də zərbələr endirib. Nəticədə kişi ölüb, arvadı isə xəstəxanaya çatdırılıb.
Qadının vəziyyətinin ağır olduğu bildirilib.
