Dünya futbolunun ulduzlarından Lionel Messi Argentina ilə Zambiya arasında keçirilən yoldaşlıq oyununda diqqət çəkən epizodla gündəmə gəlib.
Referans Media xəbər verir ki, matçın gedişində hesab Argentinanın xeyrinə 1:0 olarkən Messi mərkəzə yaxın nöqtədə topu qəbul edib və rəqib qapıçının irəli çıxdığını görərək uzaq məsafədən zərbə endirib. Təcrübəli futbolçu mərkəzdən vurduğu zərbə ilə qol vurmağa cəhd etsə də, top qapıdan xeyli aralı keçərək çölə çıxıb.
Messinin bu cəhdi futbolsevərlərə türk ulduz Arda Gülərin bir müddət əvvəl vurduğu möhtəşəm qolu xatırladıb. Real Madrid forması geyinən Arda Gülər liqa oyununda Elçe ilə matçda təxminən 68 metr məsafədən vurduğu qol ilə futbol dünyasında böyük rezonans yaratmışdı.
Messinin meydanın mərkəzindən zərbəsi sosial şəbəkələrdə geniş müzakirə olunub və azarkeşlər arasında Arda Gülərin qolu ilə müqayisə edilib.























