Son günlər sosial şəbəkələrdə “Son zəng”də şagirdlərin yalnız məktəbli formasında olmaları ilə bağlı paylaşımlar edilir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, agentlik tərəfindən təhsil müəssisələrinə göndərilmiş təlimatda tədbirdə iştirak edəcək şagirdlərin xarici görkəminin və geyiminin oxuduğu təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmasının təmin edilməsi öz əksini tapmışdır.
Şagirdlərin məktəbli formalarında olmaları tövsiyə edilir.