Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 107-ci kilometrliyində Qobustan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media xəbər verir ki, Bakı şəhər sakini, 1954-cü il təvəllüdlü Rəşid Şahmərdan oğlu Məmmədov "Mercedes Vito" markalı mikroavtobusa idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq yol kənarına aşıb.
Hadisə zamanı avtomobildə olan 6 nəfərdən biri həyatını itirib, biri isə xəsarət alıb.
Həyatını itirən şəxs 1965-ci il təvəllüdlü Şərqiyə Mənəf qızı Məmmədova, xəsarət alan isə 1956-cı il təvəllüdlü Şəfiqə Əli qızı Məmmədovadır.
Məlumata görə, xəsarət alan sürücünün həyat yoldaşı, həyatını itirən isə qardaşının həyat yoldaşıdır. Hadisə iştirakçılarının hamısı əslən Qax rayonundandır./report


