Millimiz Avropa çempionatında play-off mərhələsinə yüksəldi

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan minifutbol üzrə Avropa çempionatında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilir.

Referans Media xəbər verir ki, bu gün Azərbaycan millisi İtaliya ilə üz-üzə gəlib.

Qarşılaşma Elşad Quliyevin rəhbərlik etdiyi kollektivin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
 

Qolları Rəvan Kərimov, Vüsal İsayev və Ruzigar İbrahimzadə vurublar. Qrupun digər görüşündə Fransa Avstriyaya qalib gəlib - 3:1.


İki turdan sonra 6 xal toplayan yığmamız play-off mərhələsinə vəsiqəni təmin edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki