image-mrt-ktbackend

MRT və KT müayinələri ÖDƏNİŞLİ OLDU – Bu qədər ÖDƏYƏCƏKSİNİZ

Xəbər verdiyimiz kimi, İcbari Tibbi Sığortanın qərarı ilə Azərbaycanda MRT və KT müayinələri ödənişli olacaq. Belə ki, sözügedən müayinələr üçün icbari tibbi sığorta çərçivəsində, dövlət xəstəxanalarında ödənişin 20 faizi tələb olunacaq.

Artıq MRT və KT müayinələrinin ödənişli olmasının səbəbi nədir? Digər müayinə formalarında da müəyyən qədər ödənişlə formaya keçilmə ehtimalı varmı?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən “Referans”-a verilən açıqlamada bildirilib ki, vətəndaşların yalnız həqiqətən ehtiyac olduğu hallarda mürəkkəb diaqnostik müayinələrə yönləndirilməsini təmin edəcək.

“Sığortaolunanlar  ixtisaslı həkimin göstərişi əsasında ambulator şəraitdə göstərilən MRT və KT müayinələrindən 20% müştərək maliyyələşmə məbləği ödəyərək istifadə edə bilərlər. Məlumat üçün qeyd edək ki, bu praktika inkişaf etmiş ölkələrin səhiyyə sistemində də geniş şəkildə tətbiq edilir.

Müştərək maliyyələşmə məbləğinin tətbiqi tibbi xidmətlərin keyfiyyətli və davamlı təminatına xidmət edir. Diaqnostikanın və müalicənin vaxtında və effektiv aparılmasına, tibbi xidmətlərin fasiləsiz və davamlı şəkildə əlçatan olmasına şərait yaradır.

Tibbi resursların daha səmərəli istifadəsinə şərait yaradır. Tibb heyətinin məhsuldarlığının artmasına, təkrarlanan müayinələrin minimuma endirilməsinə, sığorta tərəfindən ayrılan maliyyə vəsaitinin real tibbi ehtiyaca uyğun xərclənməsinə gətirib çıxarır.

Səhiyyə sistemində xidmətin dəyərinin bir hissəsinin vətəndaşla paylaşılması daha səmərəli və davamlı səhiyyə sisteminin qurulmasına, resurslardan effektiv istifadəyə zəmin yaradır”.

Qurumdan verilən məlumatdan qeyd olunub ki, növbəti dövrlərdə icbari tibbi sığorta zərfinə daxil olar digər xidmətlər üçün də müəyyən məbləğdə ödənişin tətbiq olunması nəzərdə tutulur.

“Cari ilin ikinci yarısından ürək-damar sistemi xəstəlikləri üçün ambualtor şəraitdə veriləcək dərman vasitələrinin icbari tibbi sığorta təminatına daxil edilməsi planlaşdırılır. Dərmanların qiyməti 2 hissədən ibarət olacaq: Şərti kompensasiya məbləği –  İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödəniləcək məbləğ və müştərək maliyyələşmə məbləği – sığortaolunan tərəfindən ödəniləcək məbləğdir”.

 

Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki