NATO ölkəsində nüvə silahından istifadəyə icazə verildi

 İyulun 1-dən etibarən Finlandiyada nüvə silahının idxalına və saxlanmasına qoyulan qadağanı ləğv edən qanunlara dəyişikliklər qüvvəyə minib.

Referans Media  xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Ölkə Prezidenti Aleksandr Stubb tərəfindən iyunun sonunda təsdiqlənmiş nüvə enerjisi haqqında dəyişdirilmiş qanuna və cinayət məcəlləsinə edilən düzəlişlərə əsasən, bu andan etibarən Finlandiya ərazisində nüvə silahının idxalı, istehsalı, saxlanması və istifadəsinə icazə verilir.

Daha əvvəl finlandiyalı siyasətçi Armando Mema bildirmişdi ki, Finlandiya hökumətinin nüvə silahı ilə bağlı qərarı məsuliyyətsizdir. Rusiya XİN-də isə hərbi-texniki və siyasi cavab tədbirləri görüləcəyi vəd edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki