Nazir Anar Seyidməmmədovla bağlı əmr imzaladı

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin Nəsimi rayon nümayəndəliyində kadr dəyişikliyi olub.

 

Referans Media xəbər verir ki , FHN-nin Bakı Regional Mərkəzinin Nəsimi rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik-leytenant Seyidməmmədov Anar Aynal oğlu öz ərizəsinə əsasən ehtiyata buraxılıb.


Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bir neçə gün əvvəl bu barədə əmr imzalayıb.

 
Qeyd edək ki, Anar Seyidməmmədov uzun illərdir sözügedən şöbənin rəisi vəzifəsində çalışırdı. (Qayanrinfo)

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki