Bu ilin səkkiz ayında məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə 116,6 milyon manat vəsait ödənilib.
Referans Media xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Məlumata görə, 2026-cı ilin yanvar-avqust aylarında bu istiqamətdə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 milyon manat və ya 4,7 faiz çox vəsait xərclənib.
