Bu ölkədə məktəbdə atışma: ÖLƏN VAR

Filippində orta məktəbdə baş verən atışma nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb.

 Referans Media xəbər verir ki, hadisə Cənubi Kotabato əyalətində yerləşən Banga Milli Liseyində baş verib.

Hadisə barədə əyalət qubernatoru Reynaldo Tamayo məlumat verib. Atışmanın səbəbləri və hadisənin digər detalları ilə bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki