Faringit virus və bakteriya mənşəli olduqda yoluxucu ola bilər.
Referans Media bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi paylaşım edib.
Məlumata görə, faringit udlağın, yəni boğazın arxa hissəsinin selikli qişasının iltihabı ilə xarakterizə olunan geniş yayılmış tənəffüs yolu xəstəliklərindən biridir. Xəstəlik həm uşaqlarda, həm də böyüklərdə tez-tez rast gəlinir.
Virus və bakteriya mənşəli faringit hava-damcı yolu ilə yayıla bilər. Adətən, virus mənşəli faringit 5–7 gün ərzində sağalır.
