Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar “BakuBus”ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. 

Referans Media xəbər verir ki, məşhur “İntizar” (“Vəfadarım mənim”) mahnısı sürücülər tərəfindən ifa olunub.  

İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçin Budaqovu tarda 1 nömrəli avtobusun sürücüsü Tərlan Naqdaliyev, pianoda 139 nömrəli avtobusun sürücüsü Ramiz İbrahimov müşayiət edib.

Qeyd edək ki, sözləri Südabə Şəfa, musiqisi Nüşabə Muradovaya məxsus mahnının ən populyar ifaçısı Elmira Rəhimovadır./“Qafqazinfo”/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki