Milli Məclisdə mühüm qanun: 3 ay sonra qüvvəyə minəcək

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb.

Referans Media -ın  xəbərinə görə, qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi 6 fəsil, 13 maddədən ibarətdir.

Qanun layihəsi aqrar sahədə yeni maliyyələşmə mexanizmi kimi məhsul şəhadətnaməsinin tətbiqi məqsədilə hazırlanıb. Məhsul şəhadətnaməsi kənd təsərrüfatı məhsullarının istehsalçılarının mövsümdən qabaq maliyyə resursları ilə təmin edilməsinə yönəlmiş maliyyə aləti olub özündə borc, alqı-satqı və digər müqavilələrin əlamətlərini əks etdirir.

İstehsalçılar hələ istehsal prosesi başlamazdan əvvəl qiymətli kağız formasında məhsul şəhadətnaməsini “Elektron kənd təsərrüfatı” informasiya sistemi vasitəsilə maliyyə təşkilatları və təchizatçılara təklif edəcəklər. Məhsul şəhadətnaməsi əvvəlcədən maliyyələşmə müqaviləsində istehsalın nəticəsinin məhsul şəhadətnaməsini əldə edən şəxsə (maliyyə təşkilatı, tədarükçü) verilməsinin öhdəlik kimi götürülməsini nəzərdə tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki