Nəfəs ala bilmirdi… səbəbini eşidənlər şoka düşdü - VİDEO

İstanbulda baş verən hadisə həkimləri belə təəccübləndirib. 62 yaşlı Şükran Samanlı qarın ağrısı və şişkinliyi əvvəlcə sadə qəbizlik kimi qəbul etsə də, nəticə tamamilə fərqli çıxıb.

Referans Media xəbər verir ki, xəstə bir müddət ərzində qarın nahiyəsində artan şişkinliyə əhəmiyyət verməyib və həkimə gec müraciət edib. Lakin müayinələr zamanı onun qarın boşluğunda təxminən 22 kiloqramlıq kütlə aşkar edilib. Yumurtalıq şişi diaqnozu qoyulan xəstə dərhal əməliyyata alınıb.

Həkimlərin verdiyi məlumata görə, təxminən 6 saat davam edən əməliyyat nəticəsində 50 santimetr ölçüsündə və 22 kiloqram ağırlığında kütlə uğurla çıxarılıb.

Əməliyyatı icra edən həkim vəziyyəti belə şərh edib: “Bu kütlə üçəm hamiləlikdən də böyük idi."

Xəstə isə yaşadıqlarını belə izah edib: "Qarın şişkinliyini qəbizlik sanırdım, 2-3 ay həkimə getmədim. Sonradan nəfəs almaqda çətinlik çəkirdim."

O, əməliyyatdan sonra vəziyyətinin xeyli yaxşılaşdığını bildirib.

Mütəxəssislər bildirir ki, yumurtalıq şişi adətən səssiz irəliləyir və gec aşkarlanır. Bu səbəbdən qadınlara mütəmadi müayinələr tövsiyə olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki