image-nerman-axundzadebackend

Nəriman Axundzadə yeni komandasında 90 nömrəli formanı geyinəcək

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-ın “Kolambus Kryu” klubunda forma nömrəsi bəlli olub.

Referans Media xəbər verir ki, hücumçu yeni komandasında 90 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Nəriman Axundzadə bu yaxınlarda “Qarabağ”dan MLS təmsilçisinə transfer olunub.

O, ABŞ klubunun düşərgəsinə viza aldıqdan sonra qoşulacaq. Futbolçu “Kolambus Kryu” ilə 2029-cu ilədək müqavilə imzalayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki