7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb.

Referans Media xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib.

Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb.

Sanksiya avqustun 31-dən qüvvəyə minib.

Qeyd edək ki, Daniel Holostenkonu yeniyetmə və gənclər arasında 7 dəfə Azərbaycan çempionu olub. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki