Hindistandan olan üç yaşlı Sarwagya Singh Kushwaha Beynəlxalq Şahmat Federasiyasından rəsmi şahmat reytinqi alaraq dünya rekordu qırdığı bildirilib.
Referans Media xəbər verir ki, hindistanlı Sarvaqya Sinqh Kuşvaha üç yaşında dünya rekordunu qıraraq rəsmi FİDE reytinqi alan ən gənc şahmatçı olub. O, hindistanlı Aniş Sarkarı geridə qoyub.
Bildirilib ki, Kuşvaha doğma ştatında keçirilən turnirlərdə üç fərqli reytinqli oyunçunu məğlub edib və onun sürətli şahmat reytinqi 1572 olaraq müəyyən edilib. Kuşvahanın atası Siddharth Singh bu rekordun onlar üçün böyük şərəf olduğunu söyləyib və əlavə edib: “Oğlumuzun Qrandmaster olmasını istəyirik”.
