image-vhatsap1111backend

Ödənişli “WhatsApp Plus” istifadəyə veriləcək – ÜSTÜNLÜKLƏRİ BUNLARDIR

Dünyanın ən populyar mesajlaşma tətbiqi “WhatsApp” istifadəçilərinə yeni ödənişli abunə paketi təqdim etməyə hazırlaşır.

 

Referans Media  xəbər verir ki, paket “WhatsApp Plus” adlanacaq və istifadəçilərə tətbiqi fərdiləşdirmək üçün geniş imkanlar təqdim edəcək. Platformanın əsas xidmətləri həmişəki kimi pulsuz qalacaq.

 

Lakin əlavə funksiyalar və fərdiləşdirmə seçimləri istəyən istifadəçilər üçün yeni premium səviyyə nəzərdə tutulub.

 

“WhatsApp Plus” ilə nələr dəyişəcək?

 

Sızdırılan məlumata görə, “WhatsApp Plus” abunəçilərə aşağıdakı üstünlükləri təqdim edəcək:

 

14 yeni tətbiq nişanı – Fərqli vurğu rəngləri – Müxtəlif interfeys mövzuları

 

Bu imkanlar istifadəçilərə tətbiqi şəxsi zövqlərinə uyğun tənzimləməyə və fərdiləşdirməyə şərait yaradacaq.

 

Qeyd edək ki, illərdir “WhatsApp”-ın tamamilə pullu olacağı barədə yayılan məlumatlar əsassızdır. Platformanın əsas funksiyaları pulsuz olaraq qalacaq, ödənişli paket isə yalnız əlavə imkanlar istəyən istifadəçilər üçün nəzərdə tutulub. Yeni abunə paketinin istifadəyə verilməsi ilə bağlı rəsmi açıqlamanın yaxın vaxtlarda təqdim olunacağı gözlənilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki