image-gemini1backend

“Google Gemini” “Siri”ni geridə qoyacaq

“Google”un inkişaf etdirdiyi süni intellekt modeli “Gemini” mürəkkəb tapşırıqları avtomatik şəkildə yerinə yetirə bilən yeni funksiyaları ilə diqqət mərkəzinə düşüb.

 

Referans Media  türk mediasına istinadən xəbər verir ki, şirkət bu yeniliklərlə “Apple”ın səsli köməkçisi “Siri”ni geridə qoymağı hədəfləyir. Android əməliyyat sisteminin rəhbəri Samer Samat açıqlayıb ki, Gemini yaxın zamanda smartfonlarda çoxmərhələli tapşırıqları istifadəçi müdaxiləsi olmadan yerinə yetirə biləcək. Onun sözlərinə görə, sistem mürəkkəb prosesləri analiz edərək yalnız son mərhələdə istifadəçidən təsdiq istəyəcək.

 

Yeni funksiya ilkin olaraq “Pixel 10”, “Pixel 10 Pro” və “Samsung Galaxy S26” modellərində əlçatan olacaq. Təqdimat zamanı “Gemini”yə ailə qrupu çatını analiz etmək və çatdırılma tətbiqi vasitəsilə hər kəsin seçimlərinə uyğun pizza sifarişi hazırlamaq tapşırılıb. Süni intellekt sifarişi formalaşdıraraq yalnız yekun təsdiq üçün istifadəçiyə müraciət edib. Bu nümayiş “Gemini”nin artıq sadə sual-cavab sistemindən daha irəli mərhələyə keçdiyini göstərib. Bundan əlavə, yaxın zamanda “Google Chrome” brauzerinə əlavə edilən “Gemini”nin avtomatik skan etmə funksiyası gələcək yeniləmə ilə birbaşa “Android” əməliyyat sisteminə inteqrasiya olunacaq. Bu addım “Google”un süni intellekti yalnız çat-bot deyil, genişmiqyaslı məhsuldarlıq köməkçisi kimi mövqeləndirdiyini göstərir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki