image-vhatsap1111backend

“WhatsApp”dan daha bir yenilik

Dünyanın ən çox istifadə olunan mesajlaşma tətbiqi “WhatsApp” yeni bir funksiya üzərində işləyir. Məlumatlara görə, tətbiqə gələcək tarix və vaxt üçün mesaj planlaşdırmaq imkanı əlavə olunacaq. Bu xüsusiyyət vasitəsilə istifadəçilər mesajları əvvəlcədən hazırlayıb, müəyyən edilmiş anda alıcılara avtomatik göndərə biləcəklər.

Referans Media  xəbər verir ki, yeni funksiyanın ad günləri, ildönümləri və digər xüsusi günlər üçün xatırlatma kimi istifadəçilərə böyük rahatlıq təmin edəcəyi gözlənilir.

 

Planlaşdırılmış mesajlar lazım gəldikdə sonradan redaktə edilə və ya ləğv oluna bilər.

Hazırda bu xüsusiyyət “WhatsApp”ın iOS platforması üçün nəzərdə tutulan 26.7.10.72 beta versiyasında sınaqdan keçirilir. Lakin bütün istifadəçilər üçün rəsmi buraxılış tarixi hələ açıqlanmayıb.

Yeni yeniləmənin, xüsusilə rəqib mesajlaşma xidmətləri ilə mübarizədə “WhatsApp”ın üstünlüyünü artıracağı bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki