Onların məqsədi sizi öz aləmlərində idarə olunan fiqura çevirməkdir – Bu şəxslərdən uzaqlaşın! backend

Onların məqsədi sizi öz aləmlərində idarə olunan fiqura çevirməkdir – Bu şəxslərdən uzaqlaşın! 

  Cazibədar görünüş, inandırıcı nitq, özünə güvənən duruş… İlk baxışdan bu insanın həyatınıza rəng qatacağına inanırsınız. Amma zamanla anlayırsınız ki, burada nəsə qaydasında deyil. Bu insan sizi yox, sizdə gördüyü heyranlığı sevir. Onun üçün siz sadəcə bir güzgüsünüz – tərifləriniz, diqqətiniz və heyranlığınızla onu parıldadan bir vasitə.

Referans  xəbər verir ki, bu, narsist insanın qorxulu portretidir.

Maskalanmış eqo – Narsist insanlar özlərini ideal obrazda təqdim etməkdə ustadırlar. Əvvəlcə sizi təriflərə boğar, özünüzü dəyərli hiss etdirərlər. Sanki “xüsusi seçilmiş” biri kimi. Lakin bu, sadəcə manipulyasiyanın ilk mərhələsidir. Onların məqsədi sizi öz aləmlərində idarə olunan fiqura çevirməkdir. Əgər bu “oyun”a uymasanız, sizi laqeydliklə, tənqidlə və bəzən qəddarlıqla cəzalandıra bilərlər. Marqarita pizza

Sevgi deyə təqdim edilən nəfəslik – Narsist insan sevgi bəxş edə bilmir. Onun münasibəti “mən” mərkəzlidir. Sizi anlayan deyil, istifadə edən olur. Münasibətdə təkcə emosional yox, psixoloji dağıntıya da səbəb ola bilərlər. Qarşınızdakı insan sizə “qurban” rolunu sevdirir, elə ustalıqla ki, uzun müddət bunu dərk etmirsiniz.

Narsist insan necə tanınır?

Həmişə diqqət mərkəzində olmaq istəyir

Tənqidə dözümsüzdür

Günahı heç vaxt öz üzərinə götürmür

Digər insanları alçaldaraq üstünlük hiss edir

Qarşılıqlı münasibətlərdə empatiya göstərmir

Qorxulu tərəfi nədir?

Narsist insanlar cəmiyyətə zərər verə biləcək davranışlar sərgiləsələr də, çox vaxt “uğurlu” və “sevilən” obrazında qalırlar. Onların görünən tərəfi cazibədar, daxili isə manipulyativdir. Ən təhlükəlisi isə odur ki, bu insan tipi sizi öz dəyərinizdən şübhəyə sala, öz güvəninizə zərbə vura bilər.//yenisabah.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki