Partlayışda yaralanan həkim vəfat etdi

Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli dünyasını dəyişib.

Referans Media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, aprelin 30-da Mübariz Əliyev adlı pasiyent Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış törədib. Nəticədə o, hadisə yerində ölüb, həkim-radioloq Asif Nəsirli isə ağır yaralanmışdı.

Faktla bağlı cinayət işi açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki