Rusiya Dəmir Yolları (RJD) Qazaxıstan və Azərbaycanla sərhəd-keçid məntəqələri vasitəsilə qara metalların daşınmasına 50 faiz güzəşt tətbiq edib.
Referans Media xəbər verir ki, şirkətin məlumatına görə, güzəşt Kanisay, Orsk–Novıy Qorod və Kartalı dəmir yolu stansiyalarına, həmçinin Samur sərhəd-keçid məntəqəsinə şamil olunur.
Qeyd edilib ki, 50 faizlik endirim 30 iyun 2027-ci il tarixinədək qüvvədə olacaq.
