Ukrayna Saratovda neft zavodu və hərbi aerodroma zərbə endirdi

Ukrayna Rusiyanın Saratov bölgəsinə kütləvi dron hücumu təşkil edib.

Referans Media xəbər verir ki, hücum nəticəsində Saratov neft emalı zavodunda güclü yanğın başlayıb.

Regionda yerləşən Engels hərbi aerodromu da hədəf olub. Orada da yanğın baş verib.

Regional qubernator Roman Busargin dron hücumlarının nəticələrini təsdiqləyib: "Dron hücumu Saratov və Engelsdə mülki infrastruktura ziyan vurub. Bütün təcili yardım xidmətləri hadisə yerində işləyir"./Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki