Seutada dünən baş verən və on minlərlə miqrantın sərhədi keçməsi ilə nəticələnən hadisədən sonra İspaniya hakimiyyəti yeni təhlükəsizlik tədbirinə əl atıb.
Referans Media xəbər verir ki, İspaniya Seuta ilə Mərakeş arasındakı sərhəddə 500 metr uzunluğunda baryer tikəcək. Qərar təxminən 60 min miqrantın kütləvi şəkildə sərhədi keçməsindən sonra qəbul edilib.
Son məlumatlara görə, sərhədi keçmək cəhdi zamanı ölənlərin sayı 67 nəfərə çatıb. Onların bir hissəsi dənizdə boğulub, digərləri isə dalğaqıran yaxınlığında yaranan izdihamda həyatını itirib.
Bu arada sərhədi keçməyi bacaran yüzlərlə miqrant şənbə günü Mərakeşə geri qayıdıb. Associated Press-ə danışan miqrantlar geri dönüşün “öz istəkləri ilə” olduğunu bildiriblər. Onlar İspaniya tərəfində alçaldıcı rəftarla üzləşdiklərini də iddia ediblər.
İspaniyanın tikməyi planlaşdırdığı 500 metrlik baryerin Seuta sərhədində yeni kütləvi keçidlərin qarşısını almağa xidmət edəcəyi bildirilir./Musavat.com
