Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işi həyata keçiriləcək.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar saat 10:00-dan 13:00-dək Zahid Xəlilov, Süleyman Dadaşov, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Eyni zamanda Nizami RETSİ ərazisində yerləşən TM-də aparılacaq təmir-təftiş işləri zamanı fasilə saat 10:00-dan 13:00-dək Rüstəm Rüstəmov və Musa Əliyev küçələrinin bəzi hissələrini əhatə edəcək.
Təmir-təftiş işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, - deyə məlumatda qeyd edilib.
